Rəqəmsal həllər vasitəsilə maliyyə idarəçiliyini şəffaf, təhlükəsiz və səmərəli etmək, dövlət maliyyə sisteminin dayanıqlı inkişafını dəstəkləmək məqsədimizdir.
Rəqəmsal Maliyyə Mərkəzi maliyyə idarəçiliyində rəqəmsal transformasiyanı irəli aparan mərkəzdir. Şəffaflıq, təhlükəsizlik və səmərəlilik prinsipləri üzərində qurulmuş fəaliyyət, maliyyə proseslərinin daha effektiv və etibarlı şəkildə həyata keçirilməsinə imkan verir.
Rəqəmsal həllər və texnologiyalar vasitəsilə büdcə və maliyyə əməliyyatlarının izlənilməsi, qərarların dəqiqləşdirilməsi və resursların optimallaşdırılması təmin edilir. Bu yanaşma maliyyə sisteminin dayanıqlı inkişafını və iqtisadi sabitliyi gücləndirir. Mərkəz həmçinin müasir texnoloji həllərin tətbiqi ilə maliyyə idarəçiliyində çevik və innovativ sistemlərin qurulmasına töhfə verir. Maliyyə əməliyyatlarının rəqəmsallaşdırılması, risklərin azaldılması və hesabatlılığın artırılması sahəsində aparılan fəaliyyətlər, rəqəmsal maliyyə ekosisteminin davamlı və etibarlı inkişafını dəstəkləyir. Rəqəmsal Maliyyə Mərkəzi, texnologiya və maliyyəni bir araya gətirərək, gələcəyin maliyyə həllərini bugündən formalaşdırır. Biz, çevik və yenilikçi yanaşmamızla maliyyə dünyasında rəqəmsal transformasiyanın sürətləndirilməsinə dəstək oluruq.
Mərkəzin missiyasını həyata keçirən güc onun rəhbərliyi və strukturunda cəmləşir, fəaliyyətimizin yönləndirici prinsiplərini və missiyamızın icrasında oynadığı rolu əks etdirir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal Maliyyə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən
1986-cı il avqustun 22-də Bakı şəhərində anadan olub.
2008-ci ildə Odlar Yurdu Universitetinin Riyaziyyat və İnformatika ixtisası üzrə bakalavr pilləsini bitirib. İxtisasına uyğun olaraq “Microsoft” brendinin müxtəlif beynəlxalq imtahanlarını uğurla verərək dərəcə sertifikatları əldə etmişdir.
Əmək fəaliyyətinə 2006-cı ilin iyun ayında “BUE Caspian LTD” şirkətində sistem administratoru vəzifəsində başlamışdır.
2010-cu ilin may ayından 2021-ci ilin oktyabr ayınadək “Bestcomp Group” şirkətində çalışmış, müxtəlif icraçı vəzifələrdə fəaliyyət göstərmişdir.
2020–2024-cü illərdə “AlVentures MMC” şirkətinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərmişdir.
2024-cü ilin iyun ayından 2025-ci ilin may ayınadək “Megasec MMC” şirkətində icraçı direktor vəzifəsində çalışmışdır.
2025-ci il mayın 16-dan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal Maliyyə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini vəzifəsinə təyin edilmiş və hazırda direktor vəzifəsini müvəqqəti icra edir.
İngilis və rus dillərini sərbəst bilir.
Evlidir, üç övladı var.